Larri Conson: "İrana hücum dünya iqtisadiyyatına ağır zərbə vurur"

Larri Conson: "İrana hücum dünya iqtisadiyyatına ağır zərbə vurur"
04.04.2026 16:15 Dünya

ABŞ-nin İrana qarşı hərbi əməliyyatının iqtisadi nəticələri artıq qlobal miqyasda hiss olunmağa başlayıb.

TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, bunu keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi analitiki Larri Conson deyib.

O bildirib ki, bu nəticələr böyük və indiyədək görünməmiş olacaq.

Consonun sözlərinə görə, təsirlər artıq özünü göstərməyə başlayıb və xüsusilə Asiyada daha qabarıq hiss olunur:

“Asiyaya yanacaq tədarükü dayanır. Bu region müharibənin nəticələrinin bu qədər geniş miqyasda hiss olunduğu ilk məkan oldu. Təsəvvür edin ki, hamımız bir platformada dayanmışıq və onun mərkəzi birdən çökməyə başlayır. Ortada olanlar artıq düşür, kənardakılar isə təhlükəni hiss edir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər