Kubada güclü zəlzələ baş verdi

Kubada güclü zəlzələ baş verdi
17.03.2026 11:10 Dünya

Kuba sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri təxminən 272 min nəfər əhalisi olan Quantanamo şəhərindən 91 kilometr şərqdə yerləşib. Yeraltı təkanların ocağı isə 15 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində tələfat və ya dağıntı barədə hələlik məlumat daxil olmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər