KİV: Fon der Lyayen-Kallas çəkişməsi Aİ-də ciddi böhran yaradır

Dünya

01.02.2026 09:28

Avropa Komissiyasının sədri Fon der Lyayenlə  Avropa diplomatiyasının rəhbəri Kallas arasındakı hakimiyyət mübarizəsi Aİ-nin gələcəyini risk altına qoyur.

TodayPress TV xəbər verir ki, bu fikri jurnalist Sonya van den Ende Strategic Culture analitik nəşri üçün yazdığı məqalədə ifadə edib.

“Ursula fon der Lyayen ilə Kaya Kallas arasında münasibətlər korlanıb. Avropa İttifaqının öz daxilində yeni düşmənlərin meydana çıxması adətən blokun, təşkilatın və ya dövlətin sonu demək olur”, – deyə məqalədə qeyd olunur.

Jurnalistin Avropa İttifaqındakı mənbələri bildirir ki, iki siyasətçi arasında münasibətlər hakimiyyət və təsir uğrunda gedən münaqişə səbəbindən getdikcə daha da gərginləşir.

Brüssel üçün vəziyyət həm də Avropa İttifaqı nümayəndələri ilə NATO-nun baş katibi Mark Rütte arasında mövcud ziddiyyətlər səbəbindən ağırlaşır. Çünki o, “Avropa ultraliberalları arasında populyar deyil” və “ABŞ prezidenti Donald Trampla həddindən artıq dostyana münasibətlər sərgiləyir”.

TodayPress TV

tag: Kaya Kallas ,Ursula fon der Lyayen, Avropa İttifaqı,Hakimiyyət ,Todaypress.tv,