Kamboca Tailanda sərhədlə bağlı təcili görüş keçirməyi təklif edir
Kamboca tərəfi Tailand hökumətinə diplomatik nota göndərərək Kamboca–Tailand Quru Sərhədlərinin Demarkasiyası üzrə Birgə Komissiyanın 2026-cı ilin yanvar ayının ilk həftəsində Kambocanın Siem Reap əyalətində keçirilməsini təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə Kambocanın Dövlət Sərhəd Məsələləri Katibliyinin yaydığı press-relizdə məlumat verilib.
Bildirilib ki, planlaşdırılan görüşün əsas məqsədi iki ölkə arasında ortaq sərhəd boyunca birgə ölçmə və demarkasiya işlərinin bərpası imkanlarını müzakirə etmək və uzunmüddətli sərhəd sabitliyinə nail olmaqdır.
Məlumata görə, hazırda Tailand tərəfi bu təkliflə bağlı rəsmi mövqe açıqlamayıb.
Aysel Mətləb