İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı
İtaliyanın Qarda gölündə yayın balıqlarının sayı o qədər artıb ki, digər balıq növlərini təhdid etməyə başlayıb.
TodayPress TV xəbər verir ki, “Il Nordest Quotidiano”nun məlumatına görə, Veneto regionu invaziv növlə mübarizə üçün 100 min avro ayıracaq. Peşəkar balıqçılara yayın balıqlarının ovlanması üçün maliyyə dəstəyi göstəriləcək.
Məlumata görə, göldə uzunluğu 2 metrdən, çəkisi isə 500 kiloqramdan çox olan yayın balıqları da tutulur.
Hakimiyyət həm gölün ekoloji tarazlığını qorumağı, həm də yayın balığının ətinin satışı üçün yeni bazar yaratmağı planlaşdırır.