İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər
İsrail ABŞ administrasiyasına HƏMAS-ın tərksilahı ilə bağlı təklif olunan razılaşmanın təhlükəsizlik baxımından ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, PBS-in məlumatına görə, İsrail hökuməti HƏMAS-ın real demilitarizasiyaya getmək niyyətində olmadığını, əksinə, hərbi imkanlarını yenidən bərpa etməyə çalışacağını düşünür.
İsrail hökumətinin nümayəndəsi David Şpilman bildirib ki, İsrail HƏMAS faktiki olaraq silahlarını təhvil verənədək Qəzza zolağında qoşunlarını geri çəkməyəcək.
Onun sözlərinə görə, İsrail qüvvələrinin HƏMAS-ın tam tərksilahından əvvəl ərazidən çıxarılması qruplaşmanın Qəzzada mövcudluğunu qısa müddətdə bərpa etməsinə, yenidən terror infrastrukturu yaratmasına və 7 oktyabr hücumuna bənzər hücumu təkrarlamağa cəhd göstərməsinə səbəb ola bilər.
Hazırda İsrail Qəzza zolağının 60 faizindən çoxuna nəzarət edir.