Gürcüstan ABŞ-dən addım gözləyir
Gürcüstan hakimiyyəti ABŞ ilə əlaqələri davam etdirir və Vaşinqtonla strateji tərəfdaşlığın bərpa olunacağına ümid edir.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Kobaxidze qeyd edib ki, Tbilisi amerikalı tərəfdaşlarla əlaqələri qoruyub saxlayır və strateji tərəfdaşlığın bərpası üçün ABŞ tərəfindən qarşılıqlı addımlar gözləyir.
“Bu, bizim vəzifəmizdir və Amerika tərəfinin qarşılıqlı addımlarını səbirlə gözləyirik”, - baş nazir vurğulayıb.
Kübra Musayeva