İstanbulda mikroavtobus TIR-la toqquşdu- Yaralılar var
İstanbulun Pendik rayonunda mikroavtobus hərəkətdə olmayan TIR-a çırpılıb.
TodayPress TV bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Hadisə nəticəsində 13 nəfər yaralanıb. Onlar ilkin müdaxilələrdən sonra təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.
"İki nəfərin vəziyyəti ağırdır" , - məlumatda bildirilir.