İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu"
İsrailin sabiq Baş naziri və ana müxalifət partiyası olan "Gələcək Var" lideri Yair Lapid, ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı tənqid edərək, Baş nazir Benyamin Netanyahunun "müharibəni uduzduğunu" bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Paytaxt Təl-Əvivdə partiyasının həftəlik parlament qrupunun iclasından əvvəl jurnalistlərə bəyanat verib.
Lapid Vaşinqton ilə Tehran arasında əldə olunan razılaşmaya etirazını bildirib:
"Netanyahu müharibəni uduzdu. İran cəbhəsində Netanyahunun diplomatik uğursuzluğu qədər mütləq bir uğursuzluq tarixdə heç vaxt və qətiyyən görünməyib. Netanyahunun artıq bu işin öhdəsindən gələ bilmədiyi həqiqətini qəbul etmək vaxtımız gəldi".
Aysel Mətləb