İsraildən “erməni soyqırımı” ilə bağlı MÜHÜM QƏRAR

İsraildən “erməni soyqırımı” ilə bağlı MÜHÜM QƏRAR
28.06.2026 14:52 Dünya

İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, qərar şəxsən öz tərəfindən irəli sürülən qətnamə layihəsi əsasında qəbul edilib.

“Osmanlı İmperiyasının son illərində erməni xalqına qarşı törədilmiş soyqırımının tanınması həm mənəvi, həm də tarixi borcdur”, – Saar qeyd edib.

Qeyd edək ki, layihə səsvermə üçün Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər