İsrail İranın əsas qaz emalı zavoduna zərbə endirdi
Dünya
18.03.2026 16:49
İsrail Hərbi Hava Qüvvələri son əməliyyatlarda İranın ən böyük qaz emalı zavoduna hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanal"ı məlumat yayıb.
Bildirilir ki, bu zavod ölkənin qaz istehsalının təxminən 40%-ni təmin edir.
Məlumata görə, hücum ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilib və ABŞ tərəfi bu əməliyyata razılıq verib. İsrail rəsmisi bildirib ki, zavodun yalnız bir hissəsi hədəfə alınıb və bu, Tehrana “siqnal” xarakteri daşıyır. Hücumların gələcəkdə daha da güclənə biləcəyi bildirilir.
Xatırladaq ki, İranın "Tasnim" agentliyi əvvəlcə Cənubi Pars və Əsəluyə yataqlarındakı bir neçə neft və qaz obyektinin ABŞ və İsrailin zərbələri nəticəsində vurulduğunu xəbər vermişdi, lakin dəyən ziyan və itki barədə ətraflı məlumat təqdim etməyib.
Türkan İsgəndərli
tag: İsrail,İran,Qaz,Zavod,Todaypress.tv,
