İsrail hərbçiləri Suriyada əməliyyat keçirdi
İsrail Ordusunun mexanikləşdirilmiş patrulu Suriyanın cənubundakı əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq Bir-Əcəm və Breyqa yaşayış məntəqələrində təmizlik əməliyyatı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Syria" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin pilotsuz təyyarələri kəndlərin səmasında əməliyyat keçirib. Radikal qruplarla əlaqədə olmaqda şübhəli bilinən şəxslərin saxlanılması barədə məlumat verilmir.