İspaniyada kütləvi zəhərlənmə: Yüzdən çox turist xəstəxanalıq oldu
İspaniyanın məşhur La-Manqa kurortunda yerləşən dördulduzlu “Izan Cavanna” otelində turistlər arasında kütləvi zəhərlənmə baş verib.
TodayPress TV xəbər verir ki, “The Sun” nəşrinin məlumatına görə, hadisə nəticəsində 20 nəfər, o cümlədən 15 aylıq körpə və 7 uşaq salmonella şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Əvvəlcə yoluxma hallarının 28 nəfər olduğu bildirilsə də, məlumata əsasən, yüzdən çox turist qusma və yüksək hərarət şikayətləri ilə həkimə müraciət edib.
Qiymət Mahir