İraq Baş Naziri Antonio Quterreş ilə görüşdü

İraq Baş Naziri Antonio Quterreş ilə görüşdü
18.05.2025 17:40 Dünya

İraq Baş Naziri Məhəmməd əl-Sudani və BMT Baş Katibi Antonio Quterreş ilə Bağdadda görüşüblər. 

TodayPress TV xəbər verir ki, görüş zamanı İraq və BMT arasında əməkdaşlıq məsələləri, eləcə də regional problemlərin həlli istiqamətində səylər müzakirə olunub.

Əl-Sudani Quterreşin mayın 17-də Bağdadda keçirilən Ərəb Sammitində iştirakını alqışlayıb və BMT Baş Katibinin, xüsusilə Fələstin xalqının hüquqlarının qorunmasında oynadığı həlledici rolu vurğulayıb.

Baş nazir BMT və onun agentlikləri ilə əməkdaşlığın davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Quterreş isə İraqın regionda təhlükəsizlik və sabitliyin yaradılmasındakı rolunu dəstəklədiyini ifadə edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər