İranın ABŞ ilə Cenevrədəki görüşü təxirə salındı
İran nümayəndə heyətinin ABŞ tərəfi ilə Cenevrədə keçirilməsi planlaşdırılan görüşü Livanda atəşkəs əldə olunana qədər təxirə salınıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, Tehran ABŞ eyni addımı atana qədər Anlaşma Memorandumu üzrə öhdəliklərini birtərəfli qaydada yerinə yetirməyəcəyini bildirib.