İranda partlayış: Ölənlər var
İranın şimalındakı Gilan əyalətində baş verən partlayışlarda 9 nəfər ölüb, 33 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Əyalət rəsmiləri partlayışların İsrailin hücumundan sonra baş verdiyini bildiriblər.
Nəticədə dörd yaşayış binası tamamilə dağılıb, yaxınlıqdakı evlərə də ciddi ziyan dəyib. Yaralananlardan 5-i xəstəxanaya yerləşdirilib, digərlərinə yerində tibbi yardım göstərilib. Yaralılar arasında 16 qadın və uşaq da var.
Türkan İsgəndərli