İran səfiri: "Türkiyədə vurulan raketlərə görə Tehran məsuliyyət daşımır"
Dünya
13.03.2026 15:35
İran Türkiyənin hava məkanında vurulan raketlərlə bağlı hadisələrdə iştirak etməyib və məsələnin birgə işçi qrupu tərəfindən araşdırılmasını gözləyir.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollazadə deyib.
“Biz Türkiyənin milli suverenliyinə hörmətlə yanaşırıq. Bu baxımdan Silahlı Qüvvələrimiz, Baş Qərargahımız və Xarici İşlər Nazirliyimiz daha əvvəl Türkiyənin raket və ya hər hansı sursatla atəşə tutulması ilə bağlı iddiaları təkzib edən bəyanat yayıb.Məsələnin aydınlaşdırılması və fikir ayrılıqlarının aradan qaldırılması üçün hadisənin daha ətraflı araşdırılması məqsədilə texniki qrup yaradılmasını təklif etmişik. Çünki bu hadisənin necə baş verdiyi barədə bizim də dəqiq məlumatımız yoxdur.Fikrimizcə, bu hərəkətlər üçüncü tərəflər tərəfindən törədilmiş ola bilər və onların məqsədi ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə zərər vurmaqdır. Biz bu təklifi irəli sürmüşük, lakin hələ də onun həyata keçirilməsini gözləyirik”, – deyə səfir Ankarada jurnalistlərə bildirib.
Jalə Rövşən
tag: İran ,Ankara,Türkiyə ,Məhəmməd Həsən Həbibollazadə,Todaypress.tv,
