İran ordusunun bel sütunu qırıldı, 90 faiz sıradan çıxdı: İDDİA - VİDEO

İran ordusunun bel sütunu qırıldı, 90 faiz sıradan çıxdı: İDDİA - VİDEO
24.07.2026 14:13 Dünya

ABŞ-nin zərbələrindən sonra İranın Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin təxminən 90 faizi sıradan çıxıb. 

TodayPress TV  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İranın iki əsas ənənəvi hərbi sütunu ağır itkilərə məruz qalıb.

Bildirilir ki, quru qoşunları əsasən fəaliyyət qabiliyyətini qoruyub saxlayıb, lakin ölkənin raket və pilotsuz uçuş aparatları imkanları da ciddi şəkildə zəifləyib.

Qeyd edək ki, bu, İran İslam Respublikası tarixində ən ağır hərbi məğlubiyyətlərdən biri hesab oluna bilər və ölkənin ənənəvi hərbi gücünü bölgədə nümayiş etdirmək imkanını əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər