İran İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın pilotsuz uçuş aparatları ilə ABŞ-ın İordaniya və Bəhreyndə yerləşən hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, Bəhreyndə yerləşən Şeyx İsa aviabazasında ABŞ ordusuna məxsus yanacaq çənləri, sursat və texnika anbarları, iri avadanlıq anqarları, həmçinin şəxsi heyətin yerləşdiyi dislokasiya məntəqələri hədəfə alınıb.
Bəyanatda bildirilir ki, İordaniyada yerləşən Əl-Əzraq hərbi bazası da pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. İddialara görə, hücum nəticəsində aerodrom, təyyarələrin texniki xidmət və təmir anqarı, eləcə də hərbi dislokasiya məntəqələri vurulub.
SEPAH bəyan edib ki, İranın qanuni maraqlarına qarşı atılacaq hər hansı addım region ölkələrinin təhlükəsizliyi və iqtisadi maraqları üçün ciddi nəticələr doğuracaq.