Hörmüzdə gərginlik pik həddə: ABŞ “Azadlıq” əməliyyatına başladı
Dünya
04.05.2026 17:06
“Azadlıq Layihəsi” əməliyyatı çərçivəsində iki ABŞ bayrağı altında üzən ticarət gəmisi Hörmüz boğazından uğurla keçib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın açıqlamasına görə, ABŞ ordusu beynəlxalq ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün əməliyyatı aktiv şəkildə dəstəkləyir və bu keçid ilk addım hesab olunur.
ABŞ Prezidenti Donald Tramp isə bir gün əvvəl Hörmüz boğazında ilişib qalan gəmilərin azad edilməsi üçün “Azadlıq” əməliyyatının başladıldığını elan edib. Əməliyyatın Yaxın Şərq vaxtı ilə bazar ertəsi səhər başladığı qeyd olunur.
Digər tərəfdən, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi xəbərdarlıq edərək bildirib ki, ABŞ-ın boğazda hər hansı müdaxiləsi atəşkəsin pozulması kimi qiymətləndiriləcək.
Hörmüz boğazı dünya neft daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada baş verən hər hansı gərginlik qlobal ticarətə təsir göstərə bilər.
Türkan İsgəndərli
tag: ABŞ,Hörmüz,Gəmi,İran,Todaypress.tv,
