Honkonqda yaşayış kompleksindəki yanğının ziyanı açıqlandı

Honkonqda yaşayış kompleksindəki yanğının ziyanı açıqlandı
14.12.2025 13:21 Dünya

Honkonqda yaşayış kompleksində baş verən böyük yanğın nəticəsində dəyən maddi ziyanın 5 milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Yanğın zamanı 1 736 mənzil və onlardakı əşyalar tamamilə məhv olub. Hadisə nəticəsində təxminən 5 min nəfər evsiz qalıb.

Mütəxəssislər qeyd ediblər ki, ilkin ziyan hesablamalarına tədbirlərin ləğvi səbəbilə yaranan itkilər daxil edilməyib. Yanğından sonra Honkonq Disneyland 27 noyabrdan 8 dekabra qədər gündəlik parad və atəşfəşanlıq nümayişlərini dayandırıb.

Qeyd edək ki, hadisə 26 noyabrda Honkonqun Tai Po rayonunda, təxminən 4 min sakinin yaşadığı yaşayış kompleksində baş verib. İlkin ehtimallara görə, yanğın tikinti materiallarının yanması nəticəsində alovlanıb. Hadisə zamanı 200-dən çox insan xəsarət alıb, onlardan 146-nı xilas etmək mümkün olmayıb.

Türkan isgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər