Həyətdə saxlanılan meymun 84 yaşlı qadını öldürdü
Rusiyanın Adıgey Respublikasında fərdi evdə saxlanılan primatın hücumu nəticəsində 84 yaşlı qadın həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, heyvan qadının 39 yaşlı nəvəsinə də hücum edib. Yaralıya tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi başlanıb. İlkin məlumata görə, primat və müxtəlif növ meymunlar da daxil olmaqla digər ekzotik heyvanlar fərdi evin həyətindəki volyerdə qanunsuz saxlanılıb.
Kübra Musayeva