Günəşdə güclü partlayışlar baş verəcək

Günəşdə güclü partlayışlar baş verəcək
09.06.2026 05:00 Dünya

Günəşdə iyunun 8-9-da sondan əvvəlki güc sinfinə məxsus partlayışlar ola bilər.

TodayPress TV-nin "TASS"a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"8 və 9 iyun tarixlərində Günəşdə partlayış aktivliyi əsasən aşağıdır, M sinifli partlayışlar gözlənilir", - deyə məlumatda bildirilib.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUN 2026
Bütün Xəbərlər