Fransanın keçmiş baş naziri vəfat etdi
Fransa Sosialist Partiyasının əsas fiquru və keçmiş baş nazir Lionel Jospin 89 yaşında vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Le Monde” qəzeti siyasətçinin ailəsinin açıqlamasına istinadən məlumat yayıb.
Siyasətçi 12 iyul 1937-ci ildə Meudonda protestant ailəsində anadan olub. 2002-ci ildə Jospin Fransa prezidentliyinə namizəd olub, lakin ikinci tura keçə bilməyib.