Fransada istilərin ağır nəticəsi: Morqlarda yer qalmadı
Fransanın paytaxtı Parisdə anomal isti hava şəraiti fonunda ölüm hallarının artması morqlarda yer çatışmazlığı yaradıb.
TodayPress TV xəbər verir ki, bu barədə BFMTV telekanalı dəfn xidməti şirkətlərindən birinin rəhbəri Fabien Hügenin açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, morqlar tam dolduğundan dəfn xidmətləri yeni meyitlərin yerləşdirilməsində ciddi çətinliklərlə üzləşib.
"Saxlama yerləri qalmayıb və vəziyyət getdikcə mürəkkəbləşir", – deyə o bildirib.