DÇ-2026: Xorvatiya Qananı məğlub edərək qrup ikincisi oldu
Futbol üzrə dünya çempionatında Xorvatiya Qana seçməsinə qalib gəlib.
TodayPress TV -nin məlumatına görə, Filadelfiya stadionunda keçirilən L qrupunun III turunun matçı Avropa təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə tamamlanıb.
Xorvatiyada Petar Suçiç (31) və Nikola Vlaşiç (83) qol vuran futbolçular olublar. Afrikalıların heyətində isə Derik Lukasen (73) özündən söz etdirməyi bacarıb.
Bu qələbə sayəsində Xorvatiya qrupunu 6 xalla ikinci sırada tamamlayıb. 4 xalı olan Qana isə dördüncü yerdə qərarlaşıb.