DÇ-2026: Panamaya qalib gələn İngiltərə qrupda birinci yeri tutdu
Futbol üzrə dünya çempionatında İngiltərə Panamaya qalib gəlib.
TodayPress TV -nin məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən L qrupunun III turunun matçında avropalılar rəqibini 2:0 hesabı ilə üstələyiblər.
Qolları 62-ci dəqiqədə Cud Bellineqem, 67-ci dəqiqədə isə Harri Keyn vurub.
Bu qələbə sayəsində Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv qrupu 7 xalla birinci sırada tamamlayıb.