DÇ-2026: Kolumbiya K qrupunu birinci, Portuqaliya ikinci sırada tamamladı
Futbol üzrə dünya çempionatında Kolumbiya Portuqaliya ilə qarşılaşıb.
TodayPress TV -nin məlumatına görə, Mayami stadionunda keçiriən K qrupunun III turunun matçında hesab açılmayıb - 0:0.
Bu nəticənin ardından Kolumbiya qrupu 7 xalla birinci sırada bitirib. Portuqaliya isə 5 xalla ikinci sırada yer alıb.
Hər iki yığma pley-offa vəsiqə əldə edib. Bu raundda Kolumbiya Qana, Portuqaliya isə Xorvatiya seçməsi ilə üz-üzə gələcək.