Fransada anomal istilər qırğın törədir: Bir həftədə 2 mindən çox şəxs...

Fransada anomal istilər qırğın törədir: Bir həftədə 2 mindən çox şəxs...
03.07.2026 11:18 Dünya

Fransada anomal istilər səbəbindən bir həftə ərzində 2 mindən çox ölüm halı qeydə alınıb.

TodayPress TV "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefani Rist bildirib.

"İyunun 22-dən 28-dək olan həftə ərzində ölüm hallarının sayı əvvəlki həftə ilə müqayisədə təxminən 2 025 təşkil edir", - o bildirib.

Onun sözlərinə görə, bu məlumatlar ölüm haqqında elektron şəhadətnamələrə əsaslanır və ümumi ölüm hallarının təxminən 60 %-ni təşkil edir.

Daha əvvəl Fransa meteorologiya xidməti ölkənin 96 departamentindən 72-də hava təhlükəsinin ən yüksək səviyyəsini elan etmişdi. Bu, yeni rekord olub. Temperatur 40 dərəcəyə yaxınlaşıb, bəzi yerlərdə isə daha yüksək olub.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər