Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb

Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb
03.07.2026 11:45 Dünya

Pakistanın Bəlucistan əyalətində avtobusun dərəyə aşması nəticəsində azı 40 nəfər ölüb, 8 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.

"İlkin məlumatlara görə, qəza nəticəsində 40 nəfər ölüb, 8 nəfər yaralanıb", - Bəlucistan nazirinin media və siyasi məsələlər üzrə köməkçisi Şahid Rindin bəyanatında bildirilib.

Avtobus dərəyə aşan zaman salonda 48 sərnişin olub.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər