Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə!

Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə!
20.08.2026 12:37 İdman

Dördqat dünya çempionu Maks Ferstappen “Red Bull” komandası ilə yeni müqavilə imzalayıb. 

TodayPress TV xəbər verir ki, niderlandlı pilotun yeni sözləşməsi 2030-cu ilin sonunadək qüvvədə olacaq.

Beləliklə, 28 yaşlı Ferstappen ən azı yeni texniki reqlament dövrünün ilk mövsümünün sonunadək Avstriya komandasında çıxışını davam etdirəcək.

Niderlandlı pilot 2026-cı ildə “Formula-1”də qüvvəyə minən yeni güc qurğuları qaydalarının tətbiq olunduğu bütün müddət ərzində “Red Bull”un heyətində qalacaq.

Qeyd edək ki, Ferstappenin əvvəlki müqaviləsi 2028-ci ilin sonunadək nəzərdə tutulmuşdu. Lakin həmin sözləşmədə pilotun cari mövsümün yekunlarından sonra komandadan vaxtından əvvəl ayrılmasına imkan verən bənd var idi.

Mövsüm ərzində Ferstappenin başqa komandaya keçə biləcəyi ilə bağlı dəfələrlə xəbərlər yayılmışdı. Yeni müqavilə ilə niderlandlı pilotun “Red Bull”dakı gələcəyi 2030-cu ilin sonunadək müəyyənləşib.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər