Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək"

Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək"
20.08.2026 13:11 Dünya

Ermənistan hökuməti Azərbaycanla sülhü rəsmiləşdirməyə və Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırlaşır.

TodayPress TV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın hökumətin iclasında təqdim etdiyi Ermənistan hökumətinin 2026–2031-ci illər üçün proqramında qeyd olunub.

Proqrama əsasən, Ermənistan Azərbaycanla sərhədin delimitasiyasını davam etdirməyi və iki ölkə arasında sülhün institusionallaşdırılmasını, o cümlədən sülh müqaviləsi və digər hüquqi sənədlərin imzalanmasını planlaşdırır.

Bundan başqa, Bakı ilə İrəvan arasında vətəndaş cəmiyyəti və işgüzar dairələr səviyyəsində əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Ermənistan hökuməti Türkiyə ilə də diplomatik münasibətlərin qurulmasını və sərhədin ən azı iki müasir nəzarət-buraxılış məntəqəsi ilə açılmasını qarşıya məqsəd qoyub. Hazırda Ermənistan tərəfində Marqara keçid məntəqəsi hazırlanıb.

İrəvan həmçinin Türkiyə ilə enerji infrastrukturlarının yenidən işə salınmasını planlaşdırır. Proqramda Avropa İttifaqı, ABŞ, İran və Gürcüstanla strateji əlaqələrin, Rusiya ilə isə çoxşaxəli münasibətlərin inkişaf etdirilməsi də nəzərdə tutulur.


TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər