ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək
ABŞ ordusunun Corciya ştatındakı Fort Stüart bazasında xidmət edən əsgərlərə GTA VI oynamaq üçün 4 günlük məzuniyyət təklif olunur.
TodayPress TV xəbər verir ki, “Variety”nin məlumatına görə, bu imkan ən azı iki illik yeni müqavilə imzalayan hərbçilər üçün nəzərdə tutulub. Proqramda iştirak etmək istəyən əsgərlər müqavilələrini avqustun 1-dən noyabrın 14-dək yeniləməlidirlər.
Məlumata görə, mühəndislik batalyonunda xidmət edən 130 əsgərdən 20-si artıq müqaviləsini yeniləyib.
Bölmə rəhbərliyinin sözlərinə görə, GTA VI ilə bağlı bu qeyri-adi təşviq proqramı müqavilələrin yenilənməsi göstəricilərini artırmaq məqsədi daşıyır.
Türkan İsgəndərli
TodayPress TV