Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı

Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı
20.08.2026 09:43 İdman

“Ştutqart” və Almaniya millisinin hücumçusu Deniz Undav dəniz məhsullarının böyük hissəsinə qarşı allergiyası olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

“İki dəfə allergik reaksiya keçirmişəm və hər iki dəfə az qala ölürdüm. Bütün bədənim şişirdi və nəfəs ala bilmirdim. Bundan əvvəl belə bir şey haqqında heç vaxt eşitməmişdim”, – deyə Undav bildirib. 

Qeyd edək ki, 29 yaşlı hücumçu 2024-cü ildən “Ştutqart”da çıxış edir. Onun Almaniya təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədərdir.

Undav Almaniya millisində debütünü 2024-cü ildə edib. Bu müddət ərzində o, 13 oyunda 9 qol vurub. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər