Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır”
“Real”ın baş məşqçisi Joze Mourinyu “Barselona”nın hücumçusu Lamin Yamalı komandasında görmək istəmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Mourinyuya “Yamalı “Real”da görmək istərdinizmi?” sualı ünvanlanıb.
“Xeyr. Heç bir şübhə yoxdur. O, əla futbolçudur, inkişaf üçün inanılmaz potensiala malik gənc oyunçudur. Onun yaşında Avropa və dünya çempionu olmaq qeyri-adi haldır.
Amma bizim heyətimiz yüksək səviyyəlidir və mən heç kim üçün komandada yer açmazdım. Hazırda onlar mənim futbolçularımdır. Mənim futbolçularım isə ən yaxşılarıdır”, – deyə Mourinyu bildirib.
Qeyd edək ki, 18 avqustda Madrid “Real”ının baş məşqçisi təyin olunan Joze Mourinyunun klubla müqaviləsi 2029-cu ilə qədərdir.
Namiq HUN
TodayPress TV