ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir

ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir
20.08.2026 08:59 Dünya

ABŞ ordusu Avropada yerləşdirilən zərbə dronları batalyonunu ləğv etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “Wall Street Journal”ı məlumat yayıb.

Bu bölmə 2026-cı ilin yanvarında yaradılıb və pilotsuz uçuş aparatlarının döyüş şəraitində istifadəsini sınaqdan keçirmək məqsədi daşıyıb.

Batalyonun bəzi hərbçilərinin Ukraynaya səfər edərək ukraynalı dron operatorları ilə görüşdüyü bildirilir. Onların NATO-nun Ukraynada yerləşən təlim poliqonlarında təcrübə mübadiləsi apardığı qeyd olunur.

Buna baxmayaraq, ABŞ ordusu bölməni mərhələli şəkildə ləğv etmək qərarına gəlib. Nəşr bu addımı ordunun ənənəvi hərbi imkanlara və “köklərə qayıdış” siyasətinə yönəlməsi ilə əlaqələndirir.

Qeyd edək ki, ABŞ daha əvvəl hava taksiləri istehsal edən şirkətlərin texnologiyalarından hərbi məqsədlərlə, o cümlədən döyüş dronlarının hazırlanmasında istifadə imkanlarını da nəzərdən keçirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər