Kiyevə ballistik raketərlə hücum edildi - VİDEO

Kiyevə ballistik raketərlə hücum edildi - VİDEO
20.08.2026 01:18 Dünya

Avqustun 20-nə keçən gecə Rusiya Kiyevə ballistik raketlərlə hücum edib, şəhərdə partlayış səsləri eşidilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Kiyev Şəhər Hərbi Administrasiyası bildirib ki, həyəcan siqnalı düşmənin ballistik silahlardan istifadə təhlükəsi ilə əlaqədardır və paytaxt sakinlərini dərhal ən yaxın sığınacaqlara getməyə, təhlükənin sovuşması barədə siqnal verilənədək orada qalmağa çağırıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumatı təsdiqləyərək şimal istiqamətindən Kiyevə doğru ballistik raketlərin hərəkət etdiyini bildirib.

Daha sonra paytaxtda partlayış səsləri eşidilib.

Həmçinin paytaxt meri Vitali Kliçko partlayışlar baş verdiyini və Kiyevin ballistik hücum altında olduğunu xəbərdarlıq edib, sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər