Fransa Baş naziri büdcəni səsverməsiz təsdiqləmək istəyir
Fransanın Baş naziri Sebastyan Lekornu 2026-cı il büdcəsini parlament səsverməsinə təqdim etmədən təsdiqləmək üçün Konstitusiyanın 49.3-cü maddəsinə istinad edib.
TodayPress TV xəbər verir ki, bu barədə “BFM TV” məlumat yayıb.
"Fransanın büdcəyə ehtiyacı var. Buna görə də, mən 2026-cı il üçün bütün büdcə qanununu təsdiqləmək üçün Konstitusiyanın 49.3-cü maddəsindən istifadə edəcəyəm", - deyə o, Milli Assambleyada bəyan edib.
Bildirilib ki, baş nazirin qərarı bir sıra siyasi qüvvələrin narazılığına səbəb olub.
Qeyd edək ki, səsvermə fevralın 2-də keçiriləcək. Fransa mediasının məlumatına görə, təklifin lazımi sayda səs toplaması ehtimalı azdır.
Aysel Mətləb