Filippində güclü zəlzələ oldu
Filippinin cənubunda 6,6 maqnitudalı zəlzələ olub.
TodayPress TV "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Filippin Dövlət Seysmoloji Agentliyi (Phivolcs) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar bazar ertəsi Mindanaodakı Qubernator-Xeneroso bələdiyyəsindən 164 kilometr cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin ocağı 86 kilometr dərinlikdə yerləşib.