Fedorov “müdafiə naziri”ndən başqa heç nəyi qəbul etmədi
Ukraynanın sabiq müdafiə naziri Fedorov Prezident Volodimir Zelenskinin ona təklif etdiyi vəzifələri qəbul etməyib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, təklif olunan vəzifələrin heç biri ona orduda başladığı islahatları başa çatdırmaq, müdafiə satınalmalarında korrupsiyaya qarşı mübarizəni davam etdirmək və digər dəyişiklikləri həyata keçirmək üçün real səlahiyyət verməyəcək.
Fedorov yenidən Ukraynanın müdafiə naziri vəzifəsinə qayıtmaq istədiyini vurğulayıb.
Kübra Musayeva