Rusiyanın PUA istehsalçıları Aİ-nin “qara siyahı”sına düşdü

Rusiyanın PUA istehsalçıları Aİ-nin “qara siyahı”sına düşdü
23.07.2026 20:36 Dünya

Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketi çərçivəsində uzaqmənzilli pilotsuz uçuş aparatları istehsal edən 37 Rusiya şirkətinə məhdudiyyət tətbiq edib.

TodayPress TV xəbər verir ki, bundan əlavə, Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 56 fiziki və hüquqi şəxs də sanksiya siyahısına daxil edilib.

Yeni paket çərçivəsində Aİ Rusiyanın metallurgiya sektoruna qarşı sanksiyaları genişləndirib. Həmçinin Ukraynadakı müharibədə iştirak edən şəxslərə qarşı viza qadağasının tətbiqi üçün hüquqi baza yaradılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər