Ermənistan Xarici Əks-kəşfiyyat Xidməti yaradır
Dünya
17.12.2025 16:19
Ermənistan parlamenti “Milli Təhlükəsizlik Orqanları haqqında” qanuna xarici əks-kəşfiyyat xidmətinin yaradılmasını nəzərdə tutan düzəlişləri ikinci və sonuncu oxunuşda böyük səs çoxluğu ilə qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Yeni xidmət Respublikanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) nəzdində fəaliyyət göstərəcək. Qərar 2022-ci ilin dekabrında yaradılan Xarici Kəşfiyyat Xidməti ilə MTX arasında funksiyaların bölüşdürülməsindən sonra qəbul olunub. Bu bölgüyə əsasən, xarici əks-kəşfiyyat MTX-nin səlahiyyətində saxlanılıb.
Yeni bölmənin əsas vəzifələrindən biri Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi olacaq.
Qeyd edək ki, Xarici Kəşfiyyat Xidməti 2022-ci ilin dekabrında Milli Təhlükəsizlik Xidmətindən ayrılıb və quruma keçmiş Ermənistan Ombudsmanı Kristine Qriqoryan rəhbərlik edir.
Türkan İsgəndərli
tag: Ermənistan,Parlament,Kəşfiyyat,Təhlükəsizlik,Todaypress.tv,
