Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə olunan razılaşmaya münasibət bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə öz rəsmi sosial media hesabında paylaşım edib.
Türkiyə lideri paylaşımında sözügedən razılaşmanı regionda sülh və sabitliyin təmin olunması baxımından mühüm hadisə kimi qiymətləndirdiyini bildirib.
Ərdoğan qeyd edib ki, ABŞ və İran arasında əldə olunan razılaşmanı bölgədə sülh və əmin-amanlığın bərqərar olması naminə mühüm addım hesab edir və bunu məmnunluqla qarşılayır.
Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, dünyanın uzun müddətdir ehtiyac duyduğu bu xəbər regionda qalıcı sülhün və qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verməlidir.
Jalə Rövşən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
ABŞ-iran sülh razılaşması
Türkiyə
Münasibət
Sabitlik
Jalə Rövşən
Todaypress.tv