Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi?

Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi?
19.06.2026 21:30 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sinqapurun Baş naziri Lourens Vonqu qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Görüş zamanı Türkiyə-Sinqapur ikitərəfli münasibətləri, eləcə də regional və qlobal gündəmdə yer alan məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə Sinqapur arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayaraq, müdafiə sənayesi, logistika, aviasiya, dənizçilik və maliyyə sahələri başda olmaqla bir çox istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Türkiyə lideri həmçinin qeyd edib ki, Ankara İran və ABŞ arasında davamlı sülhün təmin olunması məqsədilə intensiv diplomatik fəaliyyət həyata keçirir. O, Hörmüz boğazında gəmiçilik və naviqasiya azadlığının qorunmasının əhəmiyyətini vurğulayaraq, Türkiyənin qardaş ölkələrlə birlikdə prosesə töhfə verməyə davam edəcəyini bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər