Əraqçi: “Tehranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq hüquqa uyğundur”
“İran hakimiyyətinin Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi və nəzarətinə yönəlmiş hərəkətləri beynəlxalq hüquq normalarına uyğundur”.
TodayPress TV xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi Avstriya Xarici İşlər Naziri ilə telefon danışığı zamanı bildirib.
"Hörmüz boğazında İran tərəfindən müəyyən edilmiş prosedurlar beynəlxalq hüquqa uyğundur", -deyə o vurğulayıb.
Əraqçi, həmçinin düşmən olmayan dövlətlərin gəmilərinin İranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçə biləcəyini təsdiqləyib.
Aysel Mətləb