Əraqçi Qətərin Baş naziri ilə danışıqların gedişatını müzakirə etdi

Dünya

02.05.2026 21:52

İran xarici işlər naziri Abbas Əraqçi Qətərin Baş naziri və eyni zamanda xarici işlər naziri postunu tutan şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Əl-Cəzirə" telekanalı məlumat yayıb.

"Əraqçi münaqişənin dayandırılması yollarının tapılması məqsədilə ABŞ ilə aparılan danışıqların cari vəziyyəti barədə Əl Tanini məlumatlandırıb", - deyə bildirilib.

Öz növbəsində Əl Tani münaqişənin sülh yolu ilə həlli istiqamətindəki vasitəçilik səylərinə Qətərin tam dəstəyini ifadə edib. O həmçinin vurğulayıb ki, Hörmüz boğazında gəmilərin sərbəst hərəkəti mühüm əhəmiyyət kəsb edir və ən qısa zamanda bərpa olunmalıdır.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Qətər,Əraqçi,Əl Tani,TodayPress TV,