Əraqçi: "Hörmüz boğazının bağlanmasının səbəbi müharibədir"

Əraqçi: "Hörmüz boğazının bağlanmasının səbəbi müharibədir"
22.03.2026 23:55 Dünya

Hörmüz boğazında gəmiçiliyin dayandırılması Tehranın qərarları ilə deyil, qarşı tərəfin başlatdığı hərbi əməliyyatlarla bağlıdır.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.

"Hörmüz boğazı bağlanmayıb. Gəmilər sığorta şirkətlərinin İranın deyil, başqa bir tərəfin başlatdığı müharibə ilə bağlı qorxularına görə dayandırılıb. Heç bir sığorta şirkəti və ya iranlı əlavə təhdidlərə təslim olmayacaq", - deyə o bildirib.

Xarici işlər nazirinin sözlərinə görə, ticarət azadlığı olmadan naviqasiya azadlığı mövcud ola bilməz:

"Ya hər ikisinə hörmət etməliyik, ya da heç nə almamalıyıq".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər