Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ

Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ
03.07.2026 13:38 Dünya

Suriya Prezidenti Əhməd əş-Şaraa keçid dövründə fəaliyyət göstərəcək yeni parlamentin tərkibini formalaşdırmaq çərçivəsində tanınmış aktrisa Rozina Lazkanini deputat təyin edib.

TodayPress TV xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.

Məlumata görə, 210 yerlik Xalq Məclisinin 70 üzvü birbaşa prezident tərəfindən təyin olunub. Həmin şəxslər arasında 36 yaşlı aktrisa Rozina Lazkani də yer alır.

Lazkani xüsusilə "Al-Hayba" serialındakı rolu ilə tanınır. O, təyinatdan sonra sosial media hesabında paylaşım edərək Prezident Əhməd Şaraya təşəkkürünü bildirib və göstərilən etimadı doğrultmaq üçün çalışacağını vurğulayıb.

Qeyd edək ki, Rozina Lazkaninin bundan əvvəl hər hansı siyasi və ya dövlət vəzifəsində çalışdığı məlum deyil.

Prezidentin təyin etdiyi 70 nəfər arasında vətəndaş müharibəsi qurbanlarının yaxınları, keçmiş məhbuslar və əvvəlki hakimiyyət dövründə kimyəvi hücumlardan sağ çıxan şəxslər də yer alıb.

Təyin olunan 70 deputatdan 15-i qadındır. Seçki komissiyası tərəfindən müəyyən edilən daha 6 qadın deputatla birlikdə parlamentdə qadın təmsilçilərinin sayı 21-ə çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər