Dünyanın ən güclü Windows planşeti təqdim olundu

Dünyanın ən güclü Windows planşeti təqdim olundu
10.12.2025 19:15 Dünya

OneXPlayer şirkəti ən güclü Windows planşeti hesab edilən Super X modelini təqdim edib.

TodayPress TV "WCCFTech" ə istinadən xəbər verir ki, yeni planşet AMD Ryzen AI Max+ 395 prosessoru və inteqrasiya olunmuş Radeon 8060S qrafikası ilə təchiz edilib.

Cihaz xarici maye soyutmanı dəstəkləyən ilk Windows planşetidir. Bu sistem prosessorun enerji gücünü 120 Vt-a qədər artırmağa imkan verir. Super X-in 14 düymlük OLED ekran, 83,5 Vt/saat batareya və Mini SSD dəstəyi ilə gələcəyi bildirilib.

Kickstarter üzərindən satışa çıxacaq planşetin başlanğıc qiyməti 1900 dollar olacaq. Xarici maye soyutmalı versiyanın qiyməti isə 1960 dollardan başlayacaq.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər