Dieqo Qarsiya adasına atılan İran raketləri hədəfə çatmadı
Böyük Britaniyanın müdafiə naziri Con Heli Hind okeanındakı Dieqo Qarsiya adasındakı bazaya atılan İran raketlərinin hədəflərinə çatmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA” agentliyi məlumat yayıb.
“Martın 20-də Dieqo Qarsiyadakı Böyük Britaniya-ABŞ birgə bazasına iki İran raketi atılıb. Onlardan biri hədəfə çatmayıb, digəri isə hədəfə yaxın ərazidə vurulub", - deyə nazirlik rəhbəri vurğulayıb.
Aysel Mətləb